Qısa məzmun
OMİD MMC Fəhlə vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Əl ilə və ya əl arabası ilə, transpalet kimi nəqliyyat vasitələrindən istifadə edərək firmalar tərəfindən gətirilən malları normaya uyğun şəkildə ehtiyyatla maşından boşaltmalıdır
- Mağazanın anbarına qəbul olunan məhsulların dəqiq, səliqəli, ehtiyyatlı şəkildə və vaxtında anbar rəflərinə yığılmasını həyata keçirməlidir
- Satış zalında ehtiyac olan malları anbardan çıxarıb şöbə üzrə satıcıya təhvil verməlidir
- Yeni gələn malların yüklənməsi üçün anbarda şərait yaratmalıdır
- Mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etməlidir-
- Ehtiyac olduqda şirkətin digər sahələrində də hər hansı yükləmə, boşaltma işlərində və kömək xarakterli digər işlərdə də iştirak etməlidir
- Anbar ərazisinin, eləcə də mağazanın səliqə və təmizliyinə riayət etməlidir
İş şəraiti:
- Həftə ərzində 6 günlük iş qrafiki
- İş saatı: 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Yaş həddi : 22-35
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Namizədə tələblər:
- Məhsulların qablaşdırılması formalarını
- Məhsulların saxlanmasının texniki şərtlərini və qaydalarını
- Əllə və mexaniki üsulla yüklərin yüklənmə, daşınma, boşaldılma və mühafizə edilmə şərtlərini
- Texniki vəsaitləri tanımalı və qablaşdırılması formasını bilməlidir
- Satışda və anbarda olan məhsulun assortimenti və miqdarı haqqında müəyyən məlumatı olmalıdır
- Davranış etiketi qaydalarını bilməlidir
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Fəhlə” yazaraq cv@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 44 ünvanında yerləşən ofisə gəlmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mexanik
Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. ...