Yandex-watch
F&B Manager/Qida və içki üzrə menecer peşəsi üzrə vakansiya — Garabag Resort & SPA — iş elanları 2021

F&B Manager/Qida və içki üzrə menecer peşəsi üzrə vakansiya 2020 / 2021

Baxış sayı:  248

Ə/h razılaşma yolu ilə. Garabag Resort & SPA F&B Manager/Qida və içki üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Ofis Naftalanda yerləşir.

Garabag Resort & SPA-vakansiya-2021

Əmək funksiyası:

  • İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək.
  • Bölmələr arası müntəzəm hesabat görüşləri keçirmək və şöbələr arası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.
  • Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
  • Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək.
  • İctimai ərazilərdə fəaliyyət göstərərən əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək.
  • Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək.
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
  • İnventarların idarə edilməsi və otelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.
  • Otelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və otel / restoran əməliyyatlarını qiymətləndirmək
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
  • Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək.
  • İaşə şöbəsinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
  • İaşə şöbəsi işçilərinin otelin, habelə şöbənin şəxsi qulluq standartlarına uyğun olaraq müvafiq uniformanı geyinməsini və xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları yerinə yetirməsini təmin etməklə, onların dəqiqliyi və xarici görünüşünə nəzarət etmək.
  • Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə şöbə rəhbərlərinin bacarıqlarını və biliklərini inkişaf etdirməklə, onların məhsuldarlığını maksimuma çatdırmaq.
  • Şöbə rəhbərləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq və onlara öz peşəkar inkişaf hədəflərinə nail olmaqda dəstək vermək. Onların da öz növbəsində işçilər ilə illik icra göstəricilərinə dair müzakirələr aparmasını təmin etmək.
  • Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək
  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.

Namizədə tələblər:

  • Minimum 3 il qida və içki sahəsində idarə edici (menecment) təcrübəyə malik olmaq (otel sahəsi)
  • İngilis və Rus dillərində sərbəst danışmaq/məktublaşmaq
  • Micros və 1c proqramlarını bilmək. Opera proqramını bilmək üstünlükdür
  • Naftalan şəhərində yaşamaq imkanının olması (İstirahət günlərində Bakıya və Bakıdan daşınma təşkil olunur)

Otel tərəfindən təmin olunur:

  • İstirahət günlərində Bakıya və Bakıdan daşınma
  • Tibbi sığorta
  • 5 günlük iş cədvəli
  • Qidalanma otel tərəfindən qarşılanır
  • Yaşama (ev) otel tərəfindən qarşılanır

Əmək haqqı müsahibə zamanı müəyyən olunur.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: 09.00-dan 18.00 kimi,
  • Korporativ nömrə və danışıq limiti
  • İş yeri Naftalanda yerləşir

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “F&B Manager/Qida və içki üzrə menecer” yazaraq [email protected] ünvanlarına göndərmələri xahiş olunur.

Baxış sayı:  248

Ofisiant

Ə/h razılaşma yolu ilə. Özsüt Azərbaycan Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. Dil bilikləri olanlara üstünlük veriləcək.

Özsüt Azərbaycan - Bakı - 12.05.2021

300 — 400 ₼

Ofisiant

3 Mertebe Restaurant Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.

3 Mertebe Restaurant - Bakı - 07.05.2021

700 — 800 ₼

Ofisiant

Ə/h 700-800 AZN + Bonus. Prive Steak Gallery Baku Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.

Prive Steak Gallery Baku - Bakı - 05.05.2021

400 — 600 ₼

Tur meneceri

Joyful Travel Tur meneceri üzrə vakansiya elan edir.

Joyful Travel - Bakı - 05.05.2021

400₼

Ofisiant

İş barədə məlumat: 10 часовой график работы 1 день в неделе выходной Чаевые – свой корман Namizədə tələblər: Обслуживание гостей Сервировка столов Верно принимать заказ от гостя Стрессоустойчивость Приятная аккуратная внешность Дисциплинированность Коммуникабельность Бесконфликтность Точность и пунктуальность

Metropol Restoran & PUB - Bakı - 04.05.2021

Various positions

Hosts and Hostesses (Hard Rock Café, Chinar restaurants) Waiters (Hard Rock Café, Chinar, Harbour, Sahil and Movida restaurants) Stewards (Hard Rock Café, ZAZU restaurants) Essential Qualifications and Requirements for Hostess position: From 1 to 2 years of relative work experience Knowledge of Azerbaijani and Russian languages, English will be an advantage Pleasant appearance and good […]

Saffron Restaurants Group - Bakı - 03.05.2021

400₼

Ofisiant

East Town Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. Etik davranış qaydalarına sahib olmalıdır.

East Town - Bakı - 30.04.2021

500₼

Hostess

East Town Hostess vəzifəsi üzrə vakansiya elan edir. Etik davranış qaydalarına sahib olmalıdır.

East Town - Bakı - 30.04.2021

Ofisiant

Ə/h 300 AZN + bonus. Atmosphere Lounge & Restaurant Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.

Atmosphere Lounge & Restaurant - Bakı - 30.04.2021

Research Specialist (With Data Science background)

Research Specialist (With Data Science background) The Azerbaijan Tourism Board (ATB) promotes tourism in Azerbaijan across various fields including hospitality, tourism agencies, exhibitions, events, tourism products, regional destination development and guide associations. Our aim is to create a sustainable industry by constantly enhancing Azerbaijan’s tourism products. To achieve this, we need a strong team of […]

Azerbaijan Tourism Board - Bakı - 30.04.2021

500₼

Официант

Обязанности: Прием заказов, обслуживание гостей Консультирование гостей об особенностях блюд и напитков Сервировка стола в соответствии с установленными стандартами Создание атмосферы гостеприимства Расчет гостей Соблюдение чистоты в зале Требования к кандидату: Свободное владение русским и азербайджанским языками. Опыт работы не менее 1 года. Внимательность и аккуратность, коммуникабельность Тип занятости – Полная занятость, полный рабочий день […]

Sea Breeze Resort & Residences - Bakı - 29.04.2021

Официант

Описание работы: Принятие заказа у клиента, помощь в выборе блюд и напитков Сервировка приборов Замена столовых салфеток вовремя Распределение заказов между барменом и кухней Контроль заказа и оформления блюд Доставка заказа Оформление счета Соблюдение чистоты в зале Оформление зала в соответствии с мероприятием Своевременное выполнение и планирование работ Инициативность, коммуникабельность, презентабельная внешность Требования: Минимум 2 […]

EVDE restoranı - Bakı - 29.04.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et