Facility Administrator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies İnfrastrukturunun idarəedilməsi üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Şirkətin İnfrastrukturunun idarəedilməsi üzrə Administrator tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu tələb olunan ödənişləri, sığorta hadisələri prosesini, xidmət provayderləri ilə müqavilələri təşkil etmək və inventarların alınmasına kömək etməkdir.

Vəzifə öhdəlikləri:

  • “Check in list” nəzərdən keçirir, və işləri texniki personal arasında bölüşdürür
  • Kommunal, təhlükəsizlik və digər xidmət ödənişlərini hazırlayır və təşkil edir
  • İnventarın alınmasına kömək edir
  • Yeni alınmış inventar haqqında məlumat göndərir, həmçinin data bazada inventar nasazlıqlarını təsdiq edir
  • Sığorta hadisələri haqqında məlumat alır və bütün prosesləri təşkil edir
  • Xidmət provayderləri ilə müqavilə hazırlayır

Əsas tələblər:

  • Təhsil:
  • Ali təhsil (Biznesin İdarəedilməsi üzrə və ya Texniki dərəcə üstünlükdür)
  • Təcrübə:
  • İnfrastruktur İdarəetmə təcrübəsi üstünlükdür
  • Professional biliklər:
  • Azərbaycan dili mükəmməl, Rus və İngilis dili arzuolunandır
  • 1C bilikləri üstünlükdür
  • Microsoft Office
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarə olunması və planlama
  • Problemi həll etmə
  • Detal və nəticə yönümlü

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Facility Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketing Specialist

İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

14.07.2025 - Bakı

SMM təcrübəçi

Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...

Zuleykha Accessories

02.07.2025 - Bakı

Маркетолог

MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...

Max Print

25.06.2025 - Bakı

SMM mütəxəssisi ( Təcrübəçi )

BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

BERC Group

25.06.2025 - Bakı