Facebook ADS Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kontakt Home Facebook ADS Mütəxəssisi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini səlis bilməlidir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vacancy: Facebook ADS Mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • ADS managerdə targetin müəyyənləşdirilməsi, reklamların yerləşdirilməsi və optimizasiyası;
  • Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunmasını anlamaq, dəlillər gətirmək və növbəti addımları planlamaq;
  • A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
  • Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
  • Trafikin, kampaniyaların, elanların və auditoriyanın effektivliyinin sistematik analizi.

Tələblər:

  • Facebook Business Manager və Facebook Ads üzrə geniş praktiki təcrübə;
  • Analitik və sistematik düşüncə tərzi;
  • Detallara qarşı diqqətlilik;
  • CPA, KPİ, ROMİ, CTR –ın satışa necə təsir etməsini tam anlamaq;
  • Retargeting mövzusunda təcrübəli (E-ticarət üzrə iş təcrübəsi üstünlükdür);
  • Google Analytics mexanizmlərinə hakimlik;
  • Onlaynda istifadəçi davranışlarını anlamaq;
  • Yaxşı dərəcədə İngilis dili və ya Rus dili biliyi;
  • Ali təhsil;
  • Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
  • Sistemli işləmək

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş günləri: həftənin 5 günü 9:00 – 18:00
  • Ə/H bilik və bacarıqlara görə dəyişir.Qeyd: İri büdcə ilə iş təcrübəsi üstünlükdür. Lakin daha vacibi Rəqəmləri düzgün başa düşmək bacarığıdır.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://jobs.talhunt.az/kontakt/263-facebook+ads+m%c3%bct%c9%99x%c9%99ssisi+

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı