Ətraf Mühit üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Holcim Ətraf Mühit üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əla ünsiyyət və analitik bacarıqlar olmalıdır.

İş təsviri:

Vəzifə: Ətraf Mühit üzrə Mütəxəssis
Şöbə: Baş İdarə
İş saatı: 08:00-17:00

Vəzifəyə daxildir:

  • Biznes siklinə inteqrasiya olunmuş Ətraf Mühitin İdarəolunması Planını tərtib edib inkişaf etdirmək, ətraf mühiti əhatə edə bütün fəaliyyətlərin qanunvericiliyə uyğunluğunu, ətraf mühitə təsir edə biləcək təsirlərin və risklərin ƏMİP əksini tapmasını və planlar, proqramlar,prosedurlarla və s ilə əlaəqləndirilməsini təmin etmək;
  • Ətraf Mühitin İdarəolunması Planının zavod işçiləri tərəfindən mənimsənilməsini əlaqələndrmək və təmin etmək;
  • Fəaliyyət qruplarına ətraf mühitlə bağlı məsələlərdə yardım edib, dəstək olmaq;
  • Mütəmadi olaraq moitorinq və sahə yoxlamalarını həyata keçirmək
  • ETSN və Dövlət Statistika Komitəsinə vaxtında illik hesabatlar vermək
  • Ekoloji Passport, Hava Tullantıları Passportu,Təhlükəli Tullantılar üçün passprt, Torba filtirləri üçün Texniki Passportlar və s bu kimi Holcim Azərbaycanın sənədlərini tərtib etmək və bu sənədlərin ətraf mühit qanunvericiliyinə uyğun olaraq, ETSN-də mütəmadi olaraq qeydiyyatdan keçirilməsini təmin etmək.
  • HAZ işçilərinə/podratçılara/3-cü tərəf şirkətlərin işçilərinə Ətraf Mühit haqqında məlumatlandırma təlimləri,sessiyalarıtəşkil edib keçirməklə onları həvəsləndirmək və HAZ ətraf Mühit fəaliyyətini yaxşılaşdırmaq,inkişaf etdirmək.

Bacarıq və Kvalifikasiyalar:

  • Ali təhsil. Minimum Bakalavr dərəcəsi. (Ekologiya və ya Kimya sahəsi)
  • ISO 14001:2015 Auditor dərəcəsi/sertifikatı
  • Milli və beynəlxalq ekologiya qanunvericiliyinə aid mükəmməl bilik: qanunlar, qaydalar,nizamnamələr və/ya siyasətlər.
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi, dövlət təşkilatlarına/müəsisələrdə eyni sahədə məsləhət və ya xidmət göstərərək 1-2 il iş təcrübəsinə malik,
  • Ətraf Mühitlə bağlı sənədlərin tərtib olunmasında, ETSN-də müvafiq orqana təqdim olunub yenilənməsi və ya təsdiqinin alınmasında, icazələrin, lisenziyaların, pasportların alınmasında mükəmməl təcrübəsi və həmçinin EMS məlumatlar bazasında işləmək təcrübəsi
  • Kompüter bacarığı: MS Office, əsas kompüter bilikləri
  • Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazışma qabiliyyəti; Rus dilinə də üstünlük verilir.
  • Sertifikatlar: ISO 9001, OHSAS 18001 / ISO 45001, ISO 19001 və API Spec Q1 asrtifikatları olanlara üstünlük verilir.
  • Planlaşdırma, təşçilatçılıq və problemləri həll edə bilmək bacarığı;
  • Təşəbbüskarlıq, komanda yönümlü, Initiative, team orientation, şirkətə sədaqət;
  • Dəqiqlik, məlumatların düzgünlüyü və keyfiyyətinə tam diqqətcil olma;
  • Yüksək münasibət qura bilmək bacarığı və analitik qabiliyyət.

Müraciət üçün:

Maraqlananlar CV –lərini, mövzu hissəsində “Ətraf Mühit üzrə Mütəxəssis” yazmaqla aze-hr-cv@lafargeholcim.com , ünvanına göndərə bilərlər.

Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ərizələrin son qəbul tarixi: 28 Dekabr 2020.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı