Ət məhsulları üzrə texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Ət məhsulları üzrə texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Namizədin şəxsi avtombili olmalıdır .

Vəzifə öhdəlikləri:

  • Çoxsaylı xammalın keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə sınaqdan keçirilməsi, texnoloji rejimin tələblərini və zəruri hallarda hazır məhsulların həqiqi istehsalını və xammalın istehlak dərəcələrini müəyyənləşdirmək;
  • Yeni xammal növlərinin, yeni texnologiyaların və yeni məhsul növlərinin istehsalata təqdim edilməsini, müəssisədə hazırlanmış yeni ət məhsullarının təqdimatını təşkil etmək;
  • İstehsaldakı xüsusi itkilər nəzərə alınmaqla mövcud xammal əvəzetmələri ilə sistemdə uçotun təşkili üçün axın qrafiklərini hazırlayır, texnoloji prosesin bütün mərhələlərində texnoloji xərclərə nəzarət edir, azaltmaq üçün tədbirlər görür;
  • Ət məhsullarının hazırkı qanunvericiliyə uyğun olaraq etiketlənməsinə nəzarət edir, xammal dəyişdirilərkən, reseptlər və markalanma üçün etiketlərdəki məlumat mətnində dəyişikliklər edilməsinə nəzarət edir;
  • Müasir texnoloji avadanlıqların tətbiqi, istehsalın qabaqcıl təşkili, yeni məhsul növlərinin tətbiqində iştirak edir, bəzi ət məhsulları qruplarına olan istehlakçıların tələbini araşdırır, yeni çeşidlərin inkişafı üçün təkliflər verir;
  • Hazır məhsulların orqanoleptik və fiziki-kimyəvi göstəriciləri, təhlükəsizlik göstəriciləri, lazımi jurnalların aparılması və ət məhsullarının istehsalının texnoloji intizamına uğunluğu baxımından keyfiyyət nəzarətini təşkil edir;
  • Standartlaşdırılmış xammal istehlakını göstərən hər bir məhsul növü üçün istehsalat reseptləri hazırlayır.

Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi sahəsində arzuolunandır) ;
  • Qida sahəsində müvafiq istiqamət üzrə ən azı 2 il iş təcrübəsi;
  • Rus dili biliyi mütləqdir;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Office)

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 6 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Ət məhsulları üzrə texnoloq” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az və Elcin.Ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı