Qısa məzmun
Bonamed MMC şirkəti stetik Kosmetoloji cihazlarının satışı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Potensial müştərilər ilə əlaqə yaradaraq, onların şirkətə müştəri kimi cəlb edilməsini təmin etmək üçün, şirkət tərəfindən keçirilən təlimdə tam şəkildə öyrədilən məhsul və xidmətlər haqqında məlumatın verilməsi
- Yeni müştərilərin ofis daxili online olaraq axtarışı
- Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması
- Hədəflərə çatdığı təqdirdə müxtəlif növ hədiyyələrin verilməsi
- Kreativ postlar üçün ideyaların verilməsi
- Müştərilər üçün strategiyaların hazırlanması, kontent yaradılması və idarə edilməsi
- Maraqlı ideyaları ərsəyə gətirmək üçün komanda ilə işləmək bacarağı
- Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq
- Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi
Namizədə Tələblər:
- Ali təhsil;
- Satış texnikaları ilə tanışlıq;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- İşgüzar danışıqların və yazışmaların aparılması;
- Effektiv kommunikasiya və təqdimat bacarığı;
- Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı
- B2B Satış sahəsi üzrə nəzəri və praktiki biliklər;
- Satış üzrə minimum 2 il iş təcrübəsi.
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək;
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
- Bayramlar qeyri iş günü;
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Əmək haqqı 600 AZN + premiya (satış həcminə görə 1000-5000 azn);
- Perspektivli və artan vəzifə imkanı
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini a.abdullayev@bonamed.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Estetik Kosmetoloji cihazlarının satışı üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...