Qısa məzmun
A+Co ASC Əsas vəsaitlər və inventarlar üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
- Yaş: 25-45;
- Bu sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office (MS Excel) proqram bilikləri;
- Logo Tiger 3 Enterprise proqram bilikləri;
- Rus dili biliyi əlavə üstünlükdür;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin uçotu, izlənilməsi,yerdəyişmələrin sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemə işlənilməsi;
- Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət;
- Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotunun aparılması;
- Digər inventarların uçotu , sayımların təşkili və ehityac yaranarsa sayımlarda iştirak edilməsi;
- Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
- Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əsas vəsaitlər və inventarlar üzrə mühasib” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...