ERP sistemləri üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PMD Hospitality LLC ERP sistemləri üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ünvan: Port Baku Towers

Vəzifə öhdəlikləri:

  • Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını həyata keçirir;
  • Mütəmadi olaraq şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və şirkətdə fəaliyyət göstərən diqər informasiya sistemlərinin mövcud vəziyyətlərini təhlil edir və tələb olunan funksional dəyişikliklərin həyata keçirilməsi üzrə proqramlaşdırma işlərini həyata keçirir;
  • Şirkətdə istifadə olunan proqram təminatlarının və funksional informasiya sistemləri arasında məlumat mübadilələri üçün tələb olunan interfeys əlaqələrinin yaradılmasında iştirak edir;
  • Avtomatlaşdırılmış Sistemlərinin istehsalçısı tərəfindən müvafiq modul və ekran formaları üzrə təqdim olunan dəyişikliklərin və yeni versiyalarının  tətbiqini həyata keçirir;
  • Avtomatlaşdırılmış Sistemlərindən məlumatların tələb olunan xüsusi hesabat formalarına  keçirilməsini təmin edir;
  • Avtomatlaşdırılmış Sistemlərinin funksional təkmilləşdirilməsi üzrə tələb olunan işləri həyata keçirir və bununla bağlı İT menecerinə təkliflər verir;
  • İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
  • Məsul olduğu informasiya sistemlərində və proqram təminatlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
  • İstifadəçilərin müraciətləri əsasında avtomatlaşdırılmış sistemlərində və şirkətdə istifadə olunan digər proqram təminatlarında aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və ya xaricdən xidmət göstərən şirkətlərə sorğuların göndərir və icrasına nəzarəti təmin edir;
  • Şirkətin struktur bölmələri tərəfindən avtomatlaşdırılması tələb olunan funksiyaları təhlil edir və müvafiq proqramlaşdırma işlərini  həyata keçir;
  • Qrup tərəfindən hazırlanan proqram təminatlarının test rejimdə yoxlanılmasını və real rejimdə istifadəyə verilməsini həyata keçirir;
  • Proqram təminatlarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
  • Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
  • Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
  • İT meneceri qrupun işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirir;
  • Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;

Namizədə tələblər:

  • Bakalavr dərəcəsi
  • Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
  • İnformasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqda geniş biliklərin olması;
  • Oracle məlumat bazalarının idarəetmə sistemlərində sərbəst işləmək bacarığı;
  • Məxfilik qaydalarına riayət etmək;
  • SQL, PL SQL; MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı