Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi və ya maliyyə təhsili olmalıdır.
Ümumi məlumat:
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Meneceri vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
- İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Tələblər
- Vətəndaş qüsursuzluğuna malik olma.
- Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
- Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il, Funksiya üzrə 1il
- Kompyuter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
- Digər tələblər: Texniki –analitik biliklər
- Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaqCV-lərinizi, mövzu hissəsində “ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Meneceri” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...