Epidemioloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ecomedi şirkəti Epidemioloq vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

Şirkətdə sanitar-epidemioloji iş rejimini təşkil edir və bu iş rejiminə riayət olunmasına nəzarət edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasın aparır, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, o cümlədən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsini təmin edir, dezinfeksiya işlərini aparan briqadanın işinə, xidmət göstərilən obyektlərin sanitar vəziyyətinə nəzarət edir.
Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edir, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verir.

Əsas tələblər:

  • Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist)
  • 5 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi
  • Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya sahəsində nəzəri və praktik biliklər
  • Təşkilatçılıq qabiliyyəti
  • İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti
  • Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı
  • Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə), ingilis (arzuolunandır) bilməli
  • Stressə davamlılıq
  • Səlis nitq, aydın danışıq tərzi
  • Məsuliyyətli və ünsiyyətcil olmalı
  • Komandada işləmək bacarığı
  • Kompüter bilikləri: Microsoft Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
  • Ofis texnikasından istifadə (printer, skaner, kseroks)

İş şərtləri:

  • İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı