Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Energetik vəzifəsi üzrə vakansiya elan edir.
Təsviri
- Müəssisənin elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə qəzasız, fasiləsiz təminatını həyata keçirilməsi;
- Elektrik avadanlığının, havalandırma sistemlərinin, qazla işləyən avadanlıqların, su təchizatı və kanalizasiya sistemlərinin etibarlı, qənaətli, texniki cəhətdən düzgün və təhlükəsiz istismarının təmin edilməsi;
- Avadanlığın və şəbəkələrin təmir qrafiklərinin vaxtlı-vaxtında tərtibi;
- İstismar işçilərinə nasazlıqların və qəzaların qarşısının sürətlə alınması və aradan qaldırılması üsul və metodları təliminin verilməsi üçün iş yerlərində qəza əleyhinə təlimlərin keçilməsin;
- Elektrik enerjisi, buxar, qaz, sıxılmış hava istehlakı, bütün enerji növlərinin sərfiyyatı normaları və istehlak rejimləri planlarını işləyib hazırlanılması;
- Enerji avadanlığının istismarı üçün tələb olunan avadanlıq, material və ehtiyat hissələri üçün sifarişləri vaxtlı-vaxtında tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Elektrik avadanlığının, elektrotexniki qoruyucu vasitələrin, təzyiqli boruların, buxar boru kəmərlərinin, texnoloji boru kəmərlərinin sınaqlarının müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarət;
- Tabeçiliyində olan işçilərin biliklərinin yoxlanılması və mütəmadi olaraq təlimatlandırılması..
Tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 3-5 il iş təcrübəsi;
- Yaş həddi: 35-50 yaş;
- Kompüter bilikləri: Ofis proqramları, AutoCad, Archicad , PDMS.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com göndərməniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...