Ənənəvi Məhsullar Şöbəsinin Rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Ənənəvi Məhsullar Şöbəsinin Rəhbəri vəzifəsi üzrfə vakansiya elan edir.

Müraciət üçün linkə daxil olun: https://qlor.me/lbor9b63

Təsvir

İşiniz nədən ibarətdir?

  • Fərdi bankçılıq müştəriləri üçün qiymətlərin, tariflərin və xidmət haqlarının müəyyən edilməsi;
  • Ekvayrinq (mobil tətbiq) və kartın verilməsi biznesinin formalaşdırılması və təkmilləşdirilməsi;
  • Fərdi müştərilər üçün alternativ kanalların formalaşdırılması;
  • Fərdi məhsulların hazırlanması və idarə olunması;
  • Biznes tələblərinin hazırlanması, təhvil-təslim zamanı müştəri üçün əlverişliliyin sınağı;
  • Məhsul şərtlərinin yenilənməsinə ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə istifadəyə verilmiş məhsulların və kampaniyaların mənfəətinin dövri qaydada təhlili;
  • Tendensiyaların, müştəri seqmentlərinin, strukturun müəyyənləşdirilməsi üçün daxili məlumat və statistikaların təhlili və çarpaz satış üçün məhsulların hazırlanması;
  • Bütün fərdi məhsullar üçün hərtərəfli tətbiqin mümkünlüyü təhlilinin və performans proqnozlaşdırmasının, xərc və mənfəət hesablamasının aparılması (NPV, IRR, xərcin ödənmə dövrü);
  • Fərdi müştəri seqmenti üçün rəqəmsal kanallar vasitəsilə təmin edilən yeni qabaqcıl məhsul konsepsiyalarının təhlili və hazırlanması;
  • Bazar araşdırması analitikləri ilə qarşılıqlı fəaliyyət, müştəri bazasının davranış modellərinin başa düşülməsi, yeni məhsulun hazırlanması üçün ehtiyaclara uyğunlaşdırılmış təklifin hazırlanması fürsətlərinin aşkarlanması
  • Marketinq kampaniyalarının, loyallıq proqramlarının hazırlanması, eləcə də satış və məhsulların cəlbediciliyi ilə əlaqədar digər fəaliyyətlər
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (SƏTƏM, təşkilati risklərin idarəedilməsi və s.) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət; iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya marketinq üzrə ali təhsil.
  • Təcrübə: müvafiq sahədə 5-7 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (yaxşı), rus (yaxşı).
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: bank məhsulları üzrə biliklər.
  • Bazar biliyi: maliyyə bazarları üzrə biliklər

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə