Qısa məzmun
PASHA Bank Ənənəvi Məhsullar Şöbəsinin Rəhbəri vəzifəsi üzrfə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/lbor9b63
Təsvir
İşiniz nədən ibarətdir?
- Fərdi bankçılıq müştəriləri üçün qiymətlərin, tariflərin və xidmət haqlarının müəyyən edilməsi;
- Ekvayrinq (mobil tətbiq) və kartın verilməsi biznesinin formalaşdırılması və təkmilləşdirilməsi;
- Fərdi müştərilər üçün alternativ kanalların formalaşdırılması;
- Fərdi məhsulların hazırlanması və idarə olunması;
- Biznes tələblərinin hazırlanması, təhvil-təslim zamanı müştəri üçün əlverişliliyin sınağı;
- Məhsul şərtlərinin yenilənməsinə ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə istifadəyə verilmiş məhsulların və kampaniyaların mənfəətinin dövri qaydada təhlili;
- Tendensiyaların, müştəri seqmentlərinin, strukturun müəyyənləşdirilməsi üçün daxili məlumat və statistikaların təhlili və çarpaz satış üçün məhsulların hazırlanması;
- Bütün fərdi məhsullar üçün hərtərəfli tətbiqin mümkünlüyü təhlilinin və performans proqnozlaşdırmasının, xərc və mənfəət hesablamasının aparılması (NPV, IRR, xərcin ödənmə dövrü);
- Fərdi müştəri seqmenti üçün rəqəmsal kanallar vasitəsilə təmin edilən yeni qabaqcıl məhsul konsepsiyalarının təhlili və hazırlanması;
- Bazar araşdırması analitikləri ilə qarşılıqlı fəaliyyət, müştəri bazasının davranış modellərinin başa düşülməsi, yeni məhsulun hazırlanması üçün ehtiyaclara uyğunlaşdırılmış təklifin hazırlanması fürsətlərinin aşkarlanması
- Marketinq kampaniyalarının, loyallıq proqramlarının hazırlanması, eləcə də satış və məhsulların cəlbediciliyi ilə əlaqədar digər fəaliyyətlər
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (SƏTƏM, təşkilati risklərin idarəedilməsi və s.) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət; iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və ya marketinq üzrə ali təhsil.
- Təcrübə: müvafiq sahədə 5-7 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili (yaxşı), rus (yaxşı).
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: bank məhsulları üzrə biliklər.
- Bazar biliyi: maliyyə bazarları üzrə biliklər
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...