Əmtəəşünas I zona
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK Əmtəəşünas I zona vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Xam pambığın avtomobil tərəzisində fermerin iştirakı ilə çəkilib müəyyən edilərək sənədləşməsini yerinə yetirir. Çəkilmiş xam pambıq uyğun olduğu tayaya yığılmaq üçün məntəqənin ərazisinə göndərilir və boşaldılarkən xam-pambığın keyfiyyətində müxtəliflik müəyyən edilərsə yenidən nümunələr götürülüb analiz aparılır. Boşaldılmadan sonra tara çəkisi müəyyən edilərək gətirilmiş xam-pambığın fiziki çəkisi müəyyən edilir. Bundan sonra növ, zibillik və nəmliyə görə təhvil verilmiş xam pambığın kondisiya çəkisi müəyyən edilib sənədləşdirilir.
  • Kondisiya çəkisinin əmtəəşünasa tabe olmayan məntəqə laboratoriyasında müəyyən edilən zibillik və nəmlik göstəricisindən asılı olması nəzərə alınaraq əmtəəşünas növün, nəmliyin və zibilliyin müəyyən olunması sınaqlarında iştirak edə bilər.
  • Əmtəəşünas (I zona) laboratoriyada alınan nəticələrlə razılaşmadığı halda xam-pambığın keyfiyyətinin təkrar analizini tələb etmək hüququna malikdir.
  • Xam pambığın qəbulu zamanı əmtəəşünas (I zona) şəxsən 3 nüsxədən ibarət pambığın qəbuluna dair qəbul qəbzini yazmalıdır. Bu sənəddə bütün göstəricilər dəqiq qeyd olunmalıdır. Tərtib edilmiş sənədlər haqq-hesab üçün mühasibatlığa verilir.
  • Əmtəəşünas (I zona) ərazidə xam-pambığın saxlanılmasını həyata keçirən “Texnikin” işinə də nəzarət edir. Xam pambığın saxlanması ilə əlaqədar lazımi tövsiyələrini verir.

Tələblər

  • Yaş: 30-45
  • Təhsili: Texnikum  və ya ali
  • Sahə üzrə iş təcrübəsi: ən azı 3 il
  • Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
  • Xam pambığın qəbulunda və saxlanılmasında istifadə olunan normativ texniki səndləri bilməsi vacibdir.
  • İş yerinə yaxınlıqda yaşayanlara üstünlük verilir

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan