Qısa məzmun
Bərdə Pambıq İstehsalı və Emalı Zavodu filialında hazır məhsul üzrə əmtəəşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Material ehtiyyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir;
- Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir;
- Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir;
- Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir;
- Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır;
- İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür;
- Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir;
- Zavodlarda xam-pambığın emalından alınan məhsulları (mahlıc, çiyid, lint, ulyuk, tiftik) qəbul edir emaldan alınan hazır məhsullara (mahlıc, çiyid, lint, ulyuk və tiftik) üzrə maddi-məsul şəxsdir. Müqavilələr əsasında nəqliyyat vasitələrinə yüklənib alıcı təşkilatla göndərilməsini təşkil edir;
- Hər bir xam pambıq dəstinin emalından alınan hazır məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsində biləvasitə iştirak edir;
- Hazır məhsulların saxlanmasına nəzarət edir və saxlanmanın tələbata uyğun yerinə yetirilməsi üçün müvafiq proflaktik tədbirlərin yerinə yetirilməsini təmin edir;
- Hazır məhsulları kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq nəqliyyat vasitələrinə yüklənilib alıcı təşkilatlara göndərilməsini təmin edir;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
- MS Windows, MS Office, I C 8.3, İnternet və s. biliklər.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Elektrik ustası"HİTE PRO" şirkətinə yüksək ixtisaslı elektrik ustaları tələb olunur. ...
Planlama üzrə mütəxəssis
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Smeta üzrə mühəndis
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtoelektrik
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500₼
Layihəçi elektrik mühəndisiAGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Laborant
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
SƏTƏM üzrə mühəndis
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...