Əməyin mühafizəsi üzrə Baş mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500 AZN. Qazax Sement Zavodu MMC Əməyin mühafizəsi üzrə Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Aylıq mobil rabitə limiti ilə təmin olunur.

  • Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
  • Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • MS Office – Word, Excel, Power Point proqramlarını mükəmməl bilməli;
  • Xarici dil: Rus və İngilis dillərini mükəmməl bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyyəti üzrə görülən bütün işlərin təhlükəsiz həyata keçirilməsi və sağlam əmək şəraitinin yaradılması sistemini idarə edir.
  • Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət edir.
  • İstehsalatda mövcud texnoloji intizama riayət olunmasına, qəza və bədbəxt hadisələrin və digər fövqəladə halların qarşısının alınması üçün mühəndis-texniki sistemlərin, o cülədən yanğından mühafizə qurğularının düzgün idarə olunmasına nəzarət edir.
  • Müəssisədə qurğu və avadanlıqların yeniləşdirilməsi, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin işlənib hazırlanmasında texniki təhlükəsizlik tələblərinin düzgün nəzərə alınmasına nəzarət edir.
  • İstehsalatın genişləndirilməsi, layihə-kostruktor işləri və yeni texnologiyaların tətbiqi və s. proseslərdə əməyin mühafizəsi və texniki təhlükəsizlik amillərinin qiymətləndirilməsinə və bu sahədə yeni qaydaların tətbiq edilməsinə rəhbərlik edir.
  • Müəssisənin əməyin mühafizəsi üzrə xidmətinin fəaliyyətinə birbaşa rəhbərlik edir.
  • Tikinti və istehsalat prosseslərində işlərin təhlükəsizlik qaydalarına uyğun təşkilinə, avadanlıqların təhlükəsiz istismarına, istehsalat binalarının qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerində mühafizə, xilasedici vasitələrin lazım olan miqdarda sazlığına nəzarət edir.
  • İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərə görə) xüsusi geyimlə, ayaqqabılarla, fərdi mühafizə vasitələrilə təmin olunmasına nəzarət edir.
  • İşçilərə təhlükəsiz iş üsullarının sistemli qaydada öyrədilməsinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatların işlənib hazırlanmasına və işçilərlə təlimatlandırmaların düzgün və vaxtında keçirilməsinə, o cümlədən: onların biliklərinin yoxlanılmasına və qeydlərin aparılmasına rəhbərlik edir.
  • İşçilərin həyatı və sağlamlığına təhlükə yaradan tikinti və istehsalat sahəsində, maşın və mexanizmlərdə, qurğularda və dəzgahlarda işləri dayandırır və zəruri tədbirlərin görülməsini təşkil edir.
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən qəzaların təhqiqatında və onların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak edir.
  • Əməyin mühafizəsi məsələləri üzrə müəssisənin daimi fəaliyyət göstərən komissiyalarının işini tənzimləyir, yerli komissiyaların və işçi qrupların fəaliyyətinə nəzarət edir.
  • İstehsalat və digər fəaliyyət sahələrində sağlam əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizlik standartlarının səviyyəsinin yüksəldilməsi məqsədi ilə mütəmadi olaraq yoxlamaların aparılması və aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsininə rəhbərlik edir.
  • Vəzifəsindən irəli gələn və qanunvericiliyə zidd olmayan digər işləri yerinə yetirir.

Əsas təminatlar:

  • Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,
  • Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,
  • Əmək haqqı – 1500 AZN.

E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində “Əməyin mühafizəsi üzrə Baş mühəndis ” qeyd olunması zəruridir.

Qeyd: İlkin müsahibə  zavodda (Qazax rayonu, Daş Salahlı kəndi) keçiriləcək.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı