Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Melissa Group Əməyi mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Planlama, analiz və idarəetmə bacarığı olmalıdır.

“Melissa Group” yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Böyüməkdə olan komandamıza “Əməyi mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
  • Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
  • İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və
  • rərsizləşdirilməsinə nəzarət etməlidir
  • Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq vəzifədə 1-3 il iş stajjı
  • Müvafiq ali texniki təhsil
  • Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • Microsoft Office (MS Word, MS Excel) üzrə biliyin olması;

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.

CV-lərinizi hr@melissagroup.az ünvanına “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı