Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AS Group Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir;
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir;
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir;
  • Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə
  • parılmalıdır;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
  • İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
  • Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq ali texniki təhsil;
  • Müvafiq ali texniki təhsil
  • Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “ Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan