Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Xaçmaz)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Dəmir Yolları Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Xaçmaz) vəzifəsi üzrə vakansiya elan edir.

https://qlor.me/m5yyz927rh

Təsvir

  • Təlimata uyğun olaraq geyim kodeksinə əməl edərək səliqəli, təmiz şəkildə işi təhvil almaq;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Müvafiq struktru qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni həyata keçirmək və aşkar edilmiş noqsanların aradan qaldırılması üçün lazımı tədbirlər görmək
  • Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
  • Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək
  • Cəmiyyətin daxili intizam qaydalarına riayət etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq.

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə)
  • Təcrübə: Müvafiq sahə üzrə 1 il təcrübəsi
  • İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipi, texniki və konstruktiv xüsusiyyətləri;
  • Tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtləri;
  • Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartlar, texniki şərtlər, əsasnamə və təlimatlar;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları haqqında biliklər.

Oxşar vakansiya siyahısı:

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

18.07.2025 - Şəmkir