Qısa məzmun
PASHA Bank KYC / CDD üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- İstənilən formada çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi prosesinin qarşısının alınması;
- PL/TMM sahəsində bankın müvafiq qanun, qayda və normalara riayət etməsində koordinasiyasının qurulması;
- Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
- Filiallardan və nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması;
- Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarəsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
- Bankın müştəri qəbulu və “Öz Müştərini Tanı” (KYC) prosedurlarında iştirakı və yerli və ya beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin icrası;
- PL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunukasiyasının təşkil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat sahəsində və ya müvafiq sahədə ali təhsil
- İş təcrübəsi: “Çirkli Pulların Yuyulması”na qarşı mübarizə sahəsində minimum 1 il
- Xarici dillər: İngilis dili və Rus dili
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 17.02.2022-ci il tarixinədək başlıqda “Əməliyyatların Monitorinqi üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...