Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pasha Bank şirkəti Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
  • PL/TMM sahəsində bankın müvafiq qanun, qayda və normalarına riayət etməsində koordinasiyasının qurulması;
  • Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
  • Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması;
  • Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
  • Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarə edilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
  • Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
  • Bankın müştəri qəbulu və “Öz Müştərini Tanı” (KYC) prosedurlarında iştirakı, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin icrası;
  • PL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunukasiyasının təşkil edilməsi;
  • PL/TMM ilə əlaqəli bankdaxili proseslərin/daxili qaydaların yazılması;
  • PL/TMM ilə əlaqəli banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
  • Bankdaxili ümumi proseslərin/daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
  • Bankda mövcud məhsulların/yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat / Hüquq sahəsində ali təhsil
  • İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 2 il
  • Xarici dillər: İngilis dili və Rus dili
  • Kompüter bilikləri: Microsoft Office və İT yönümlü biliklər
  • Digər: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı, Azərbaycan Respublikasının Hüquqi Aktlarından və ümumi yerli qanunvericilik tələblərindən məlumatlı olmaq

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis”qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı