Əməliyyatlar üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500 AZN. Sushi Master Əməliyyatlar üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobil olan kandidatlara üstünlük veriləcək.

Tələblər:

  • Ali Təhsil;
  • Yapon və Pan-Asiya mətbəxləri üzrə biliklər;
  • Restoran əməliyyatlarının idarə edilməsində minimum 3 illik iş təcrübəsi;
  • Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
  • Tabeçiliyində olan işçilərin işinə nəzarət etmək bacarığı;
  • Tabeçiliyində olan işçilərə təlimatların verilməsi/təlimatlandırma bacarığı;
  • Xidmət tələb edən müştərilərlə yaxşı əlaqə qurma bacarığı;
  • Müstəqil işləmək bacarığı;
  • Mürəkkəb məsələləri həll etmək bacarığı;
  • Rabitə və texnologiyalar üzrə biliklər;
  • Əla ünsiyyət bacarıqları;

Öhdəliklər:

  • Restoranların, çatdırılmaların və zəng mərkəzlərinin iş fəaliyyətinə görə ümumi məsuliyyət;
  • Restoranda ehtiyat səviyyələrini yoxlamaq, balanslaşdırmaq, idarə etmək və müvafiq olaraq tədarükləri sifariş etmək;
  • Bütün detalların gigiyena, görüntü, sağlamlıq və təhlükəsizlik, ən əsası qida keyfiyyəti və müştəri xidmətləri daxil olmaqla şirkətin müəyyən etdiyi standartlara uyğun qurulmasını təmin etmək;
  • Restoranda satış səviyyəsini, gəlirlərin təhlili və planlaşdırmanı həyata keçirmək;
  • Hesabatların hazırlanması və maliyyə şöbəsi ilə əməkdaşlıq;
  • Satışın artırılması və marketinq fəaliyyətinin dəstəklənməsi üçün marketinq şöbəsi ilə əməkdaşlıq;
  • Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;
  • İşçilərin təyin edilməsi, təlimi və iş cədvəllərinin müəyyənləşdirilməsi;
  • Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
  • Beynəlxalq ofis tərəfindən təqdim olunan sistemlərdən istifadə edilməsi və lazım olduqda əlaqə saxlanılması.

İş Şərtləri

  • Ə/H 1500 AZN;
  • Şirkət artımı ilə artan baza əmək haqqı;
  • 6 günlük iş həftəsi;
  • Şəxsi avtomobil olan kandidatlara üstünlük veriləcək;
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir;
  • Nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir;
  • İş yeri şəhərin mərkəzində yerləşir;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Əməliyyatlar üzrə Menecer” mövzusu altında hr@sma.az elekton ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...