Qısa məzmun
Qaya Safety Solutions Əməliyyatlar üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı minimum 1800 AZN-dən başlamaqla.(Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq)
İş barədə məlumat:
- Müxtəlif tematik xəritələrin, planların, sxemlərin hazırlanması;
- Daxil olan məlumatların məlumat bazasına yığılması, redaktə edilməsi və düzəldilməsi, sənəd dövriyyəsinə nəzarət edilməsi;
- Cəmiyyətdə qısa və uzunmüddətli planların (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak etməsi;
- Planların vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etməsi;
- Davam edən əməyliyyatların təhlükəsiz və səmərəli şəkildə razılaşdırılmış plana uyğun olmasına dəstək olması;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etməli.
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
- İş qrafiki 6 gün(qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə;
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Mehriban kollektiv;
- Peşəkar inkişaf imkanı;
- Daha ətraflı məlumat müsahibə zamanı veriləcək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq vəzifədə iş təcrübəsi olması;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, təşkilatın missiyasına sadiqlik.
- İngilis dili biliyi;
- Açıq sahə şəraitinə və ölkədaxili ezamiyyətlərə hazır olmalı;
- “Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı.
Elektron poçtun “Mövzu” yerinə “Əməliyyatlar üzrə köməkçi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: jobsearch.az