Qısa məzmun
Azərpoçt Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri və onların təsnifatı:
- Müvafiq proseduralar əsasında müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərməli və iş gününün sonunda zəruri hesabatı tərtib etməlidir;
- Müştərilərə plastik kartların növü, şərtləri, istifadə qaydaları barədə məlumat verməli, bu məhsulları təklif etməli, sifarişləri qəbul etməli və icrasını təmin etməlidir;
- “Azərpoçt” MMC-nin təklif etdiyi mәhsul və xidmətlərə dair müştərilərin tәklif və iradlarını qəbul etməli, şöbənin rəisinə çatdırmalıdr;
- Qüvvədə olan təlimatlara uyğun olaraq daxil olan teleqram və pul köçürmələrinin, həmçinin bağlamaların və kiçik paketlərin bildirişlərinin çap olunub vaxtında çatdırmaya verilməsini təmin etməlidir.
Əməliyyatçısı aşağıdakıları bilməlidir:
- Səlis azərbaycan dili bilmək (rus və ingilis dili bilmək üstünlükdür);
- MS Office proqramları;
- Poçt, maliyyə və digər xidmətlər üzrə kompyuter əməliyyatlarını mükəmməl yerinə yetirməyi bacarığı;
- Göstərdiyi bütün xidmətlərə dair tarifləri mükəmməl bilməlidir.
Əməliyyatçı vəzifəsinə aid olan tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Yaş 20-40;
- Analitik düşüncə və maliyyə sahəsində təhliletmə bacarığı;
- Kollektivdə işləmək qabiliyyəti;
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
- Vətəndaş qüsursuzluğuna malik olması.
Əmək haqqı – 305.00 AZN
İş qrafiki: 6 günlük iş qrafiki
Qeyd olunan tələblərə uyğun namizədlərin öz CV-lərini mövzu sətrində vakansiyanın adını Əməliyyatçı qeyd edərək elektron ünvana göndərilməsi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...