Əməliyyat Risklərinin İdarə Edilməsi üzrə Baş Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisivəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/ldoqefcz

Təsvir

İşiniz nədən ibarətdir?

  • Qeyri-maliyyə risklər üzrə iştahanın müəyyən edilməsi, idarə edilməsi və monitorinqi;
  • Risk iştahası üzrə limitlərin pozulması hallarında tədbirlər planının təqdim edilməsi;
  • Fəlakət və ya digər gözlənilməz hallar zamanı bankın normal fəaliyyətini davam etdirmək üçün strategiyaların işlənib hazırlanması;
  • Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi – potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
  • Ssenarilərin təhlil edilməsi, stress testlərin icrası və icrasına nəzarət;
  • Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi;
  • Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək;
  • Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
  • İnsidentlərin və risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
  • Insidentlər üzrə müvafiq hesabatların hazırlanması;
  • Audit hesabatları ilə iş – aşkarlanmanın və təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planının tələbi, auditlə yekun nəticələrin razılaşdırılması;
  • Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
  • “PAŞA Qrup” dan göndərilən sənədlərin nəzərdən keçirilməsi;
  • Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə yekun rəyin verilməsi;
  • Səlahiyyət matrisinin yenilənməsi və müntəzəm olaraq əlavərin edilməsinə nəzarət; matrisə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanması;
  • Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi və s.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Təcrübə: minimum 3-5 il Bank sahəsi üzrə təcrübə.
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • Digər: güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.
  • Üstünlük verilir: risklərin qiymətləndirilməsi üzrə təcrübə, Mərkəzi Bankın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, daxili nəzarət və ya audit təcrübəsi əlavə üstünlükdür.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı