Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC şirkəti Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Müvafiq sahə üzrə 2 illik bank stajı;
- Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
- SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
- Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
- İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
- Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
- Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
- Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...