Qısa məzmun
SOCAR Downstream Management Əmək haqqı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əməyin qüvvədə olan ödəniş sisteminin tətbiqi
Vəzifə öhdəlikləri:
- Əmək və məşğulluq alt sistemində ştatların yaradılması, işə qəbulu, vəzifə dəyişikliyi və əmək məcəlləsinin müvafiq maddəsi xitam verilməsi
- Əmək müqavilələrinin və əlavələrinin imzalatdırılması, Əmək haqqı və Kadr uçotu ilə bağlı sənədləşmə işlərinin görülməsi.
- Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
- İşçilərin və ailə üzvlərinin könüllü tibbi sığortanması üzrə müraciətlərin təmin edilməsi
- İşçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari tibbi sığorta edilməsi
- Həyat Yığım Sığortası ilə əlaqədar qoşulma müraciətlərinin təsdiq edilməsi və əmək haqqından tutulmalarının icra edilməsi
- Şirkət əməkdaşlarının iş vaxtının qeydiyyat cədvəllərinə nəzarətin edilməsi
- Əməkdaşların aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar və bu qəbildən olan digər ödənişlər) mövcud proqram təminatı(SAP) vasitəsi ilə hesablaması, hesablanan məlumatların yoxlanılması və ödənilməsi
- Ezamiyyətlər üzrə əmrlərin hazırlanması
- İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsinin təmin edilməsi
- DSMF tərəfindən ödənilən xəstəlik vərəqələrinin, qismən ödənişli sosial məzuniyyətlə bağlı müavinətlərin, 2021-ci ilə qədər uşağın anadan olmasına görə müavinətlərin e-gov.az portalına müvafiq qaydada ödənilməsi üçün yüklənməsi və prosesin nəzarətdə saxlanılması
- Əmək haqqı arayışlarının hazırlanması
- HİK,YAP üzrə üzvlük müraciətlərinə əsasən qoşulamaların və ƏH-dan tutulmaların təmin edilməsi
- Əmək haqqı ilə bağlı məhkəmə qərarlarının icrası (Aliment, Bank)
- Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin sorğularını dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
- Şirkət daxili gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması
- Vahid Bəyannamənin hazırlanması və müvafiq elektron portal üzrə təqdim olunması
- Dövlət statistika hesabatı üçün məlumatların hazırlanması
Kvalifikasiya Tələbləri:
- İqtisadiyyat,maliyyə,muhasibat və bu qəbilədən olan ixtisasların bitirilməsi
- Sahə üzrə 1-2 il iş təcrübəsi
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 9 yanvar 2023