Əmək haqqı hesablanması üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir

Vəzifə: Əmək haqqı hesablanması üzrə mütəxəssis

İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların əmək haqqılarını hesablamaq;
  • Ay ərzində şirkət əməkdaşlarının davamiyyətlərini izləmək;
  • Ay ərzində işdən çıxmış əməkdaşların Son haqq-hesablarının hesablanıb mühasibatlıq şöbəsinə göndərilməsini təmin etmək;
  • Əməkdaşların avanslarının hesablanması və mühasibatlıq şöbəsinə göndərilməsini həyata keçirmək;
  • Ay ərzində əmək haqqı ilə bağlı tələb edilən hesabatları hazırlayıb üst rəhbərliyə təqdim etmək;
  • Maliyyə struktur bölməsi ilə birlikdə P&L hesabatının yoxlanılmasını icra etmək ( əmək haqqı üzrə);
  • Ay ərzində Pronet proqramına daxil edilən icazə müraciətlərinin izlənilib təsdiq edilməsini təmin etmək.

Tələblər:

  • Əmək haqqı hesablanması qaydalarını bilmək və bu sahədə təcrübə mütləqdir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • MS Office (xüsusilə Excel ) kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat ilə çatdırılır.
  • Nahar ilə təmin edilir.
  • 5 günlük iş qrafiki.
  • Əmək müqaviləsi.

Müraciət qaydaları:

CV-nizi career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı hesablanması üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı