Əmək haqqı hesablanması üzrə mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Blue Planet Distribution LLC Əmək haqqı hesablanması üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas Öhdəliklər:

  • Aylıq işçilərin əmək haqqlarının hesablanması və ödənilməsi.
  • Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
    Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
  • Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
    Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
  • İşçilərin tələbinə əsasən əmək haqqı hesabından çıxarışların, əmək haqqı göstərilməklə iş yerinə dair arayışların hazırlanması.
  • Büddcə və şirkətin xərcləri barədə müvafiq şöbələrə hesabat hazırlamaq;
  • İşçilərin əmək haqqı sorğularına vaxtında cavab vermək;
  • İşçilərin bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;

Tələblər:

  • Ali təhsil (Maliyyə sahəsi üzrə);
  • Əmək haqqı hesablanması üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
  • ERP sistemində təcrübə (SAP, Oracle, 1C);
  • Ofis proqramlarında (xüsusilə Excel yaxşı səviyyədə) sərbəst istifadə bacarığı;

Bacarıq:

  • Maliyyə məlumatlarını şərh etmək və xərclər, qiymətlər, gəlir, zərər və digər maliyyə məlumatlarını hesablamaq üçün riyazi-statistik hesablamalar aparmaq bacarıqları;
  • Pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlamaq bacarığı;
  • Biznes və sahə risklərini proqnozlaşdırmaq, müəyyən etmək, qarşısını almaq və təkliflər hazırlamaq;
  • Öz işini planlaşdırmaq, prioritetləşdirmək və ardıcıllığını müəyyən etmək üçün planlaşdırma və təşkilati bacarıqlar;
  • Araşdırma bacarıqları:
  • mürəkkəb və fərqli informasiya mənbələrini müəyyən etmək və ətraflı araşdırmaq;
  • mövcud mənbələrdən informasiya əldə etmək.
  • Təqdimetmə (şifahi və yazılı) bacarıqları;
  • Vaxtın idarə edilməsi bacarığı;
  • Müstəqil və komanda daxilində işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı hesablanması üzrə Mütəxəssis” yazaraq hr@blueplanet.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Son tarix- 07 iyun 2021.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı