Qısa məzmun
ADORE kompani MMC Əmək haqqı hesablanması üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil
- 2 ildən artıq mühasibatlıq sahəsində iş təcrübəsi
- Əməkdaşlara hesablanan ödənişlər üzrə mühasibat və vergi uçotu (Azərbaycan Respublikasının qanunvericiliyi) üzrə biliklər
- 1C 8.2 – 8.3, MS Excel ilə yaxşı səviyyədə iş təcrübəsi.
- Detallara diqqət, məsuliyyət, dəqiqlik.
- Azərbaycan və Rus dili biliyi.
Vəzifə öhdəlikləri:
- Əmək haqqının, əmək məzuniyyətlərinin, xəstəlik vərəqələrinin hesablanması
- Mükafatların, sosial məzuniyyətin (analıq məzuniyyəti) hesablanması, işdən çıxan işçilərin son haqq-hesab ödənişlərinin hesablanması
- Yeni işçilər üçün əmək haqqı kartlarının sifarişi
- Statistika hesabatları, DSMF, B1 və B3 hesabatları
- VÖEN ilə bağlanan müqavilələr ilə iş
- Bank əməliyyatlarının 1C proqramında aparılması.
- Yuxarı rəhbərliyə təqdim etmək üçün hesabatların hazırlanması.
İş şəraiti:
- İş qrafiki 5/2, 09.00-18.00
- Şirkət tərəfindən nahar və endirim bonusları təqdim edilir.
CV-nizi məktubun mövzu hissəsində “Əmək haqqı hesablanması üzrə mühasib” qeyd etməklə poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...