Əmək haqqı hesablanması üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Intercomp Outsourcing Azerbaijan Əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Şirkətlərin əmək haqqı hesablamasının (əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və sair) aparılması;
  • Vergi və statistik hesabatların (Vahid Muzdlu Bəyannamə, Statistika hesabatları) hazırlanması və təqdim edilməsi;
  • Əmək haqqı ilə bağlı aidiyyatı orqanlara sorğuların göndərilməsi;
  • Əcnəbilər üzrə DTA formaların alınması;
  • Elektron Hökumət portalında xəstəlik vərəqələrinin işlənməsi;
  • Ezamiyyət üzrə avans hesabatlarının hazırlanması;
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-18:00 və ya 08:00-17:00
  • Əmək haqqı işçinin təcrübə və biliklərinə uyğun təyin ediləcəkdir.

Namizədə tələblər:

  • Ən azı 2-3 il əmək haqqı hesablanması üzrə iş təcrübəsi olmalı;
  • Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office (xüsusilə Excel) proqramlarını yüksək səviyyədə bilməli;
  • Əmək qanunvericiliyi və vergi qanunvericiliyini yüksək səviyyədə bilməli;
  • Elektron vergi portalı və Elektron Hökumət portalında sərbəst işləməli;
  • Əmək haqqları, məzuniyyət, xəstəlik vərəqələri ödənişlərinin hesablanması üzrə iş təcrübəsi olmalı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı.

CV-lərinizi əmək haqqı gözləntinizi qeyd etməklə, “Əmək haqqı üzrə mütəxəssis” başlığı altında elektron ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin son göndərilmə tarixi 20.04.2022 tarixidir.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı