Qısa məzmun
Azerbaijan Fish Farm şirkəti Emal Sahəsi Üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Namizədə tələblər:
- Qida mühəndisliyi üzrə ali təhsil;
- 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dili, Rus dili;
- Qida sənayesində təcrübə;
- Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı, sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli;
- Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;
- Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət.
Vəzifə üzrə öhdəliklər:
- Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
- Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
- Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;
- Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
- Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
- İşin sonunda istehsalata aid nəzarət kartlarını doldurub gündəlik hesabat hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir.
- Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;
- Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;
- İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
- Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
- Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;
- Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;
- İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;
- Yeni texnika və avadanlıqların tətbiqinin iqtisadi effektivliyinin müəyyən edilməsi üsullarını müəyyən edir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri“Emal sahəsi üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Hacıqabul ( İstehsal )
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul ( İstehsal )vəzifəsi üzrə vakansiya elan edir ...