Əməliyyatlar üzrə operator (stajor)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Az Dizayn Şirkəti Maliyyə departamentində əməliyyatlar üzrə operator vəzifəsi üzrə təcrübə elan edir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Maliyyə departamentində əməliyyatlar üzrə operator (stajor):

Namizədə olan tələblər:

  • Ali təhsil, (İqtisadiyyat, Maliyyə üzrə) Universiteti yeni bitirmiş tələbələr)
  • Təcrübə tələb olumur. Şirkət öyrədir.
  • Diqqətcillik,
  • Hesablama qabiliyyəti,
  • Ünsiyyətcillik,
  • Analitik düşünmə qabiliyyəti
  • MS Office kompüter proqramları biliyi.
  • Yaş həddi: 20-25

İş haqqında məlumat:

  • Mal qaytarması zamanı qaimələrin sistemdə işlənilməsi və ödənişlərin edilməsi
  • Mağaza və anbarlardan gündəlik satış və ödəniş qəbul edilməsi
  • Gündəlik olaraq satınalma sifarişlərin  qəbul edilməsi
  • Məhsullarla bağlı müştərilərə məlumat verilməsi
  • Sifarişləri qəbul etdikdən sonra anbardara sifariş qaiməsinin verilməsi
  • Müştərilərdən sifarişləri qəbul etdikdən sonra sifariş qaiməsinin anbara yönləndirilməsi
  • Məhsullar maşına yükləndikdən sonra satış qaiməsinin təsdiq edilməsi və ödənişin qəbul edilməsi
  • Müştəridən geri qayıda və anbar tərəfdən qəbul edillən məhsulların sistemə işlənilməsi
  • Tələb olunduqda müştərilərə borcları haqqında məlumat verilməsi, borc limitinin bildirilməsi
  • Avtomobillərin sifarişə uyğun yüklənməsi və gediş istiqaməti haqqında anbardarın və sürücünün məlumatlandırılması
  • Sifarişlərin çatdırılma növbəsinin müəyyən edilməsi
  • Günün sonu kassa qalığınn  mərkəzi kassaya təhvil verilməsi, müvafiq sənədləşmənin aparılması
  • Geri qayıdan mallarla bağlı ayda bir dəfə rəhbərliyə  hesabat  verilməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı 350 manat

Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə departamentində əməliyyatlar üzrə operator” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

25.08.2025 - Lənkəran

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

22.08.2025 - Lənkəran

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı