Qısa məzmun
Barkod Electronics əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir.
Xüsusi tələblər:
- Ali təhsil;
- Əməliyyatların idarə edilməsi sahəsində minimum 1 illik iş təcrübəsi, təcrübənin qlobal çatdırılma şirkətlərinin yerli nümayəndəliklərində olması əlavə üstünlükdür;
- Azərbaycan dilini səlis bilmək vacib, Rus və ya İngilis dillərindən birini bilmək üstünlükdür;
- MS Office proqramlarından sərbəst istifadə etmək (Excel biliklərinin yaxşı olması üstünlükdür);
- Data analitika və data vizualizasiya bacarıqlarının olması üstünlükdür;
- Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, detallara fikir vermək bacarığı;
- Hesabatlarla işləmək bacarığı;
Vəzifə təlimatı:
- Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
Göstərilən tələblərə uyğun olan namizədlərin CV-lərini “əməliyyat meneceri” başlığı ilə hr@barkodelectronics.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...