Qısa məzmun
AGA Group Elektronçu üzrə vakansiya elan edir.
- Əmək haqqı: 700 AZN (nett)
- İş rejimi: 5 gün, 09:00-18:00
- İş yeri: Kaspian Plaza
- Son müraciət tarixi: 14.03.2022
Vəzifə öhdəlikləri:
- Müəssisədə mövcud avadanlıqların elektronik platalarının vaxtaşırı kontrol edilib, təmizlənməsi və servisi
- Yaradılmış qapalı şəraitdə plataların təmiri
- Sahədə sıradan çıxmış avadanlıqlara yerində baxış edilməsi və təmiri
- Elektrik avadanlıqlarının təmiri (plafonlar, fenlər, UPS-lər və s.)
- Əlavə olaraq Əl anbarının material sərfiyyatına nəzarət
- Ehtiyat elektronik materialların stokunun yaradılması
- Elektronikanın digər elektriklərə təlim edilməsi
Vəzifə tələbləri:
- Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il
- Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə
Üstünlüklər: Elektrik və Elektronik avadanlıqların iş prinsipi barədə məlumatlı olmaq, Kabellər, İT şinləri, PLC I/O ilə bağlı qəzaların diaqnostikası bacarığı, Prosesə nəzarət sistemi haqda ümumi biliklər
Digər məlumatlar:
- Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.
Mənbə: jobsearch.az