Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DO IT MMC Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
  • Elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması;
  • Elektron sənəd dövriyyəsi sisteminin layihə planı və texniki tapşırığa uyğun olaraq tənzimlənməsi;
  • Sifarişçinin texniki işçi heyəti və elektron sənəd dövriyyəsi sisteminin istifadəçiləri üçün təlim keçirilməsi;
  • Layihə texniki sənədlərinin hazırlanması;
  • Tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminə texniki və konsultasiya dəstəyi.

Tələblər:

  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
  • Microsoft Sharepoint,Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
  • Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
  • Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
  • Ali təhsil, texniki sahədə arzuolunandır;
  • Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
  • İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı