Qısa məzmun
Kontakt Home Elektron Kommersiya departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/llaobsb8t
Təsvir
- Satış və Marketinq şöbələri ilə əməkdaşlıq etməklə optimal Elektron Ticarət strategiyasının hazırlanması;
- Biznes planlaması, məzmun strategiyası və inkişafı, tanıtım kampaniyaları və digər onlayn marketinq, vebsayt dizaynı, müştəri xidməti, veb analitika və veb texnologiyaları daxil olmaqla, Elektron Ticarət biznesinin bütün aspektlərinin idarə edilməsi;
- Elektron Ticarət satışlarını və gəlirliliyini artırmaq üçün yeni satış və marketinq təşəbbüslərinin yaradılması və həyata keçirilməsi;
- Vebsaytda və onlayn marketinq kampaniyalarında məzmunun effektiv planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Saytın naviqasiyası, məzmunun inkişafı və tanıtım kampaniyaları da daxil olmaqla veb-saytın istifadəçi təcrübəsinin idarə edilməsi;
- Elektron Ticarət büdcəsini hazırlanması və idarə edilməsi;
- Elektron Ticarət məhsullarında qiymət strategiyalarının müəyyən edilməsi;
- Performans analitikasına, vebsayt trafikinə və məhsulun performansına nəzarət edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə rəhbər olaraq iş təcrübəsi – 3 ildən artıq;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Ən son E-Ticarət texnologiyaları və inkişafları haqqında biliklər;
- Komanda ilə işləmək və idarə etmək bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş Kredit MütəxəssisiBrand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Kredit Mütəxəssisi
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...