Elektronçu mühəndis / Elektromexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Abşeron Logistika Mərkəzi Elektronçu mühəndis / Elektromexanik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmir edilməsi;
  • Nəqliyyat, texnika və avadanlıqların elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edilməsi, zədələri vaxtında aşkar edilməsi məqsədi ilə test üzrə yoxlamaların aparılması, təmiri;
  • İstismarda olan texnika və avadanlıqların elektron hissəsinə texniki xidmətin göstərilməsi;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması və elektron avadanlığın düzgün texniki istismarını təmin edilməsi;
  • Texnika və  avadanlıqlarıın elektron sistemlərinin texniki vəziyyətinə mütamadi nəzarət edilməsi;
  • Texnika və avadanlıqların elektron kontrol modul ve idarəedici beyin ana platalarının təmiri;
  • Yaranmış elektron problemlərin düzgün diaqnostikası;
  • Lazım olan elektron mudaxilələrin edilməsi;
  • Texnika və avadanlıqların electron sistemlərinin təmiri və diaqnostikası;
  • Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri;
  • Elektron platalardakı nasazlıqları təmir etmək;
  • Təmir olunmuş elektron avadanlıqlara texniki baxış;
  • Elektrik mühərriklərindəki nasazlıqlarının aradan qaldırılması;
  • Elektron texnikasına texniki xıdmət; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasının təmin edilməsi;
  • Maşınların işə hazırlanması, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasının yerinə yetirilməsi.
  • Əmək haqqı razılaşma yolu ilə (müsahibə zamanı razılaşdırılır)

Namizədə qarşı tələblər:

  • Mexanika, Elektronika, Energetika, Avtomatika sahələri üzrə ali təhsil və ya texniki peşə təhsili;
  • Elektronika-avtomatika mühəndisi və ya elektromexanik kimi texnika, nəqliyyat elektronikası (xüsusilə yükqaldırma texnika və avadanlıqları) üzrə minimum 5 il iş təcrübəsi;
  • Ölçü cihazları, mikrokontrollerlər, platalar ilə iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
  • Yaş həddi: 25 – 45 yaş;
  • MS Offis Proqramlarından istifadə;
  • Peşəkarlıq tələbləri:
  • Avadanlıq və texnikalarıların elektron sxemlərini oxuma bacarığı (arzuolunandır);
  • Dövrə sxemlərini oxuma bacarığı;
  • Elektrik çertyojlarını oxuma bacarığı;
  • Kompüter diaqnostikasını yüksək səviyyədə bilməsi;
  • Elektron avadanlıqların istismar qaydalarını bilməsi;
  • Elektronik ehtiyyat hissələrin təmir və dəyişdirilməsi qaydasını bilməsi;
  • Dəqiqlik, analitiklik qabiliyyət.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 yanvar 2022-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektronçu mühəndis” və ya “Elektromexanik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan