Qısa məzmun
“Camal” LTD şirkəti Elektromexanik vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Elektromexanik müəssisənin avadanlıqlarının işini təmin edir;
- Əməyin mühafizəsinin qayda və normalarına, təmir proseslərinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyə riayət edir;
- Müəssisəyə yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasını həyata keçirir;
- Bütün avadanlıqların qəzasız və etibarı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirir;
- İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər verir;
- Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak edir;
- Avadanlıqların təmir işlərinin aparılması;
- Detalların yoxlanılması, yaranan problemlərin operativ şəkildə həlli,
- Baş verən hadisə barədə üst rəhbəri mütəmadi olaraq məlumatlandırmaq.
- Transformatorlara, gərginlik tənzimləyicilərinə, generatorlara texniki xidmət;
- Daxili və çöl kabelləri, aşağı gərginlikdə işləyən digər texniki qurğu və avadanlıqları təmir etmək.
Xüsusi tələblər:
- Yaş həddi: 25-45;
- Bəy namizəd;
- Kollektivlə işləmək bacarığı;
- Diqqətli, intizamlı və məsuliyyətli olmalı;
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
İş günləri: 6 gün
İş vaxtı: Tam iş günü
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Müraciət etmək üçün: CV-nizi mövzu yerinə “Elektromexanik” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.