Elektrokar ustası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Elektrokar ustası vəzifəsi üzrə vakansiya elan edir. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılmalıdır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Elektrokar ustası

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1 il
Təhsil: Ali və ya Orta-ixtisas
Yaş həddi: 25-40 yaş

İşin Təsviri: Qaldırıcı və daşıyıcı qurğuların anbar daxilində daimi hərəkətinin təşkili üçün təmir işlərinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

  • Avtonəqliyyat mexanizmi və onlarla bağlı konstruksiyaların quraşdırılmasında mürəkkəb işlərin yerina yetirilməsini təmin etmək;
  • Əl alətləri ilə yivləri açmaq, qeyri-vacib detalları boltla bərkitmək;
  • Mühərrikə əsaslı təmirini başa çatdırmaq;
  • Difer və sürətlər qutusunun əsaslı təmirini təşkil etmək;
  • Mexaniklə birlikdə nasazlığın yaranma səbəbini araşdırıb nasazlığa diaqnoz qoymaq;
  • Ehtiyat hissələrini quraşdırmaq, nizamlamaq və dəyişdirmək;
  • Maşının detallarının çıxarılması, yuyulması, təmirə ehtiyacı olan hissələrin müəyyən edilməsi, detal və hissələrin statik balanslaşdırılmasının həyata keçirmək;
  • Əməyi mühafizəsi, əmək nizam intizam, yanğından mühafizə normaları, texni-ki təhlükəsizlik, sanitar gigiyena qaydalarına riayət etmək;
  • Şirkətin məqsəd və hədəfləri çərçivəsində çalışmaq;
  • Avadanlıqların asılma üsullarını,sadə avadanlıqların növləri və onların tətbiq edilmə üsullarını,avadanlıq detallarının yağlanma üsullarını və çilingər alətlərinin təyinatını bilmək;
  • Mexanikin yazılı və şifahi göstərişləri və təlimatlarını yerinə yetirmək;
  • Vəzifəsinin icrası ilə əlaqədər digər tapşırıqları yerinə yetirməlidir.

Tələblər:

  • Texnikanın təmiri haqqında məlumata sahib olmalı;
  • Qaldırıcı və daşıyıcı qurğuların istifadə təlimatını bilməli;
  • Məsuliyyətli və punktual olmalı;
  • Təşəbbüskar və yenilikçi olmalı.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • 6 günlük iş qrafiki;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Elektrokar ustası” yazmaqla CV göndərərək müraciət edilir

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı