Elektro mexanik
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Damla Mebel MMC Elektro mexanik vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış
  • mebel materiallarından istifadə olunur.
  • Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
  • Vakansiya: Elektro-mexanik
  • Vəzifə öhdəlikləri:
  • Mebel istehsalı sahəsində avadanlıqların vaxtlı-vaxtında təmiri
  • Avadanlıqlarda elekrtiklə bağlı baş vermiş problemlərin aradan qaldırılması
  • Avadanlıqlara baxış və profilaktik tədbirlərin həyata keçirilməsi
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək
  • İş şərtləri:
  • Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət
  • İş vaxtı 08:30-dan 18:30-dək
  • Əmək haqqı: 1000-1100 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq)
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri)

Namizədə tələblər:

  • Orta texniki və ya bu sahadə sertifikatlarının olması
  • Bu sahədə ən az 3-5 il iş təcrübəsi
  • 25-50 yaş aralığında
  • İstehsal sahəsində təcrübə
  • Komandada işləmək bacarığı
  • Problemləri operativ həll etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Elektro-mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı