Qısa məzmun
Apar şirkəti Elektro-mexanik vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Velosipedlərin elektrik və mexaniki hissələrinin (elektrik batareyası, naqillər, əyləc sistemi, sürət dəyişmə mexanizmi və s.) mütəmadi yoxlanılması və texniki xidmətinin göstərilməsi;
- Nasazlıqların vaxtında aşkar olunması və aradan qaldırılması;
- Preventiv texniki baxışların aparılması, ehtiyat hissələrinin dəyişdirilməsi;
- Təhlükəsizlik standartlarına uyğun olaraq texniki sazlığın təmin edilməsi;
- Elektronika üzrə mütəxəssisin işlə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Yaş həddi: 30-55
- Orta ixtisas və ya ali texniki təhsil (mexanika və ya elektrotexnika sahəsində üstünlükdür);
- Rus dili –anlama və danışıq (üstünlükdür)
- Elektro-mexanik sahəsində ən azı 2 il iş təcrübəsi;
- Elektrik sxemlərini və mexaniki konstruksiyaları oxuma bacarığı;
- Alət və cihazlarla işləmə bacarığı;
- Məsuliyyətli, cevik, dəqiq və komanda ilə işləmə bacarığı.
- Problem həll etmə və analitik düşünmə bacarığı.(üstünlükdür)
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ şirkətdə yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Elektro-mexanik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.
Əlaqə 0552039889
Oxşar vakansiya siyahısı:
Fəhlə
İnci Group Of Companies Kitab Anbarı üçün Fəhlə tələb olunur. ...
Aşbaz köməkçisi
Hajigabul Poultry Farm Company Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...
Qaynaqçı
Zəfər Bağları Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...