Qısa məzmun
IMA Energy MMC Elektrik ustası vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komandada işləmək bacarığı olmalıdır.
İş barəsində məlumat:
- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.
Namizədə tələblər:
- Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
- Müvafiq sahə üzrə min 2-3 il iş təcrübəsi (neft qaz, zavod, platforma tikintisində iş təcrübəsi olanlara üstünlük veriləcək)
Məlumat:
- İş yeri: Heydər Əliyev adına Neft Emalı zavodu
- Layihə müddəti: 5-6 ay
- Yemək, nəqliyyat və işçi geyimi şirkət tərəfindən qarşılanacaq. Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
- İş qrafiki – 6 günlük iş rejimi (Tam iş günü)
Əmək haqqı – Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndiriləcək.
Tələblərə uyğun namizədlərin cv@imaenergy.az e-mail ünvanına CV göndərməyini xahiş edirik.