Qısa məzmun
TTL” QSC Elektrik quraşdırıcısı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Gərginliyi 35 kV-dan çox olan ağ doldurulmuş kabel xətlərinin sökülməsi, təmiri və quraşdırılması
- Qanovun qazılması üçün trassanın nişanlanması
- Suyun altından kabel xəttinin çəkilməsi
- Gərginliyi 35 kV-a qədər olan xüsusi məsuliyyətli kabel xətlərinin birləşdirici və uclarındakı muftalarının quraşdırılması və təmiri
- Nəzarət kabellərinin uclarının birləşdirilməsi
- Yağ doldurulmuş kabelin birləşdirici, dayandırıcı və uclarda qoyulan muftalarının, qaz doldurulmuş kabelin birləşdirici, yarımdayandırıcı muftalarının və uclarda qoyulan qurğularının quraşdırılması və təmiri
- Qaz və yağ doldurulmuş kabel xətlərinə texniki xidmət (təzyiqin ölçülməsi yağ əlavə olunması və s.)
- Kağız izolyasiyalı kabellərin qanovlarda, kanallarda və konstruksiya üzrə boruda, blokda və kollektorda çəkilməsi zamanı elektrik montyorları dəstəsinə rəhbərlik etmək.
- Kabelin zədələnmə yerinin təyin olunması
- İş saatları: Həftəiçi 5 gün 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Məsuliyyətlilik
- İşinə aid lazımi biliklərin olması
- Tapşırıqların vaxtında tələbə uyğun yerinə yetirilməsi
- Tabe olduğu məsul şəxsə vaxtında lazımi hesabatların verilməsi