Elektrik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Rus, ingilis və türk dilini bilməlidir.

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik mühəndisi” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
    Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.

İş şəraiti:

  • Tam sosial təminat (məzuniyyət və s.)
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
    Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
  • Azərbaycan, rus, ingilis və türk dili,

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik mühəndisi” Mövzu bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı