Elektrik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AGA Group Elektrik mühəndisi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

İşəgötürən: AGA Şirkətlər Qrupu
Struktur bölmə: Texniki şöbə
Vəzifə: Elektrik mühəndisi
Əmək haqqı: 1200 AZN
İş rejimi: 5 gün, 09:00-18:00
İş yeri: Kaspian Plaza
Son müraciət tarixi: 16.10.2021

Vəzifə öhdəlikləri:

  • Mövcud elektrik təchizatının yerində təhlili və layihələndirilməsi
  • Mövcud layihəndəki uyğunsuzluqların düzəlməsi üçün yeni konsepsiyanın işlənib hazırlanması
  • Generatorların AVR sxeminin işlənib hazırlanması
  • Yeni layihə üzrə enerjini kəsmədən rekonstruksiya işlərini aparmaq və sxemi yenilənməsinə rəhbərlik etmək
  • YG Y/S-nı istismar etmək, naryad və sərəncamla işləmək, işləri təşkil etmək
  • Baş vermiş qəzaların yerində təhlili və önləyici tədbirlərin alınması planını hazırlamaq
  • Yeni iş qrafiki ilə mütamadi qaydada elektrik avadanlıqlarına kontrol işlərini təşkil etmək
  • İşçilərin təlimatların işləyib hazırlamaq, onlarla yeni təcrübələrin vaxtaşırı təlim edilməsi
  • ölçü cihazların kalibrasiyası üçün stendin işlənib hazırlanması
  • Yeni layihələrin smeta sənədlərinin işləniob hazırlanması

Vəzifə tələbləri:

  • Təhsili/ixtisası: ali (texniki)
  • İş təcrübəsi: 3-6 il
  • Xüsusi tələblər: Yüksək Gərginlik sahəsində əməliyyat aparma və layihələndirmə
  • Dil bilikləri: İngilis dili, rus dili (üstünlükdü)
  • Kompüter bilikləri: AutoCAD, Microsoft Office
  • Üstünlüklər: Avtomatika sahəsində biliklər

Digər məlumatlar:

  • Ünvan: Kaspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
  • Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini vakansiya@agagroup.az e-mail ünvanına göndərməlidirlər.
  • *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan