Qısa məzmun
Zipato Azerbaijan Elektrik mühəndisi vəzifəsi üzrə vakansiyan elan edir.
İş barədə məlumat:
- Şəxsi keyfiyyətlər
- İşində məsuliyyətli , çevik və inkişaf yönümlü olması
- Komanda şəkildə işləməyi bacarmalı
- Analitik düşüncə qabiliyyəti
- Problemləri operativ şəkildə həll etmə bacarığı
- İş rejimi
- Həftə içi – 09:00-dan 19:00-dək
- İstirahət – Bazar günü
Namizədə tələblər:
- Texniki bacarıqlar
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək
- Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi
- Xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsini təmin etmək
- Elektrik sxemlərinin hazırlanması, və layihələndirməsi
- Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
- Ağıllı Ev sistemlərinin xüsusi işıq cihazlarının qoşulması
CV-nizi info@zipato.az ünvanına “Elektrik Mühəndis” başlığı altında göndərə bilərsiniz.Əks halda CV-nizə baxılmayacaqdır.
051 426 00 07(wp) yaza bilərsiniz.