Qısa məzmun
TTL Construction Group şirkəti Elektrik Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Elektrik mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Microsoft office, AutoCad proqramlarında işləmək bacarığı
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
- Yaxşı ünsiyyət və təlim bacarıqları;
- Hesabat hazırlama və analiz etmə bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi;
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunması, elektrik işlərinin düzgün təşkil edilməsi;
- Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Tabeliyində olan işçilərin işlərinin təşkil olunması və onlara nəzarət edilməsi;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət olunması;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
- Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
- Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi;
- Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi;
- Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
- Elektrik, yanğın təhlükəsizliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək;
İş şəraiti:
- Həftəiçi 5 gün saat 09:00-18:00
- Əməkhaqqı razılaşma əsasında
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Elektrik mühəndisi” yazmaqla, öz CV-ni göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
2000 — 2500 ₼
Qida sahəsi üzrə mexanikCamal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Qida sahəsi üzrə mexanik
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Layihəçi mühəndis"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...