Qısa məzmun
Azmədənistehsal MMC Elektrik montyoru vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 600 AZN.
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- İlk peşə təhsili (Elektrik üzrə)
- Elektrik montyoru kimi minimum 1 il iş təcrübəsi.
- Xırdalan şəhəri və yaxın ətrafda yaşayan namizədlərə üstünlük verilir.
İş öhdəlikləri:
- Elektrik – elektrotexniki işləri həyata keçirir;
- Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın sadə hissə və aparatlarını sökür, təmir edir və məftillərin çəkilməsi işini həyata keçirir;
- Elektrik avadanlıqlarının detal və hissələrini təmizləyir, yuyur, silir və sıxılmış hava ilə qurudur;
- Sadə elektromontaj sxemləri olan elektromaşınların və elektrik cihazlarının detal və hissələrinin birləşmələri, birləşdirici mufta, üçlük və qutuların qurulması üzrə işləri yerinə yetirir;
- Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirir;
- Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xdmət və təmir işlərini yerinə yetirir
- Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
- Təhkim olunmuş əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
- Görülmüş işlər haqda iş qeydləri aparmaq;
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək
İş qrafiki:
- 6 günlük iş norması,
- Nahar şirkət tərəfindən verilir.
- Servis təmin olunur
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “elektrik montyoru” başlığı ilə göndərə bilər.
Mənbə: jobsearch.az